TURİZM

ABŞ 7 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan etdi

ABŞ Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarının ölkəyə girişinə tam qadağa qoyub.

Məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Trampın Ağ Evin saytında yerləşdirilən fərmanında deyilir.

Sənədə əsasən, həmçinin 15 ölkənin - Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominikan, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve vətəndaşlarına vizaların verilməsinə qismən məhdudiyyətlər tətbiq edilir.

Fərmanda bildirilir ki, ABŞ Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan qadağanı ləğv edib, lakin bu ölkə vətəndaşlarının immiqrant kimi ölkəyə girişinin dayandırılması qüvvədə saxlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)