Elm və Texnologiya

Azərbaycanda mobil rabitə gəlirləri 4 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 166,3 milyon manat gəlir əldə edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.

Təkcə noyabrda isə adıçəkilən xidmətlərdən 114,1 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 6 % azdır.

2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)