"AtaBank" işçilərinin 10%-ni ixtisar etdi

"AtaBank" 2018-ci ilin yarımillik hesabatını açıqlayıb.
"Businessinsider.az" xəbər verir ki, hesabatda qeyd olunan məlumatlara görə bankın işçilərinin sayı 1 il ərzində 9,5% azalıb və 30 iyun 2018-ci il tarixinə 436 nəfər olub.
Qeyd edək ki, "AtaBank"ın işçilərinin sayı 2017-ci ilin sonunda 482 nəfər, 2018-ci ilin ilk rübündə 467 nəfər olub.