İnşaat və əmlak

Dövlət əmlakının satışından büdcə daxilolmalar 17 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 127,1 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,25 % çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, hesabat dövründə 50 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 999 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)