Rövşən Rüstəmov Ceyhun Aslanovu bu departamentə rəhbər gətirdi
Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhimdar Cəmiyyətinin (QSC) Hərəkət vasitələrinin təmiri departamentinin rəisi vəzifəsi həmin departamentin baş mühəndisi Ceyhun Aslanova həvalə olunub.
ENA.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Rövşən Rüstəmov əmr imzalayıb.
Ceyhun Aslanov 2023-cü ilin 3 avqustundan Hərəkət vasitələrinin təmiri departamentinin baş mühəndisi vəzifəsini tuturdu. O, 2005-ci ildən ADY-də müxtəlif vəzifələrdə, o cümlədən elektrik çilingəri, elektrovoz maşinist köməkçisi, baş usta vəzifələrində çalışıb. 2011–2015-ci illərdə Bakı–Tiflis–Qars dəmir yolu xətti layihəsində enerji təsərrüfatı üzrə mütəxəssisi kimi fəaliyyət göstərib. 2019-cu ildə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov vəzifəsindən azad olunaraq Azərbaycan Dəmir Yollarının baş mühəndisi təyin olunub.

















