Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi
Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib.
Məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.
Qurumun adı artıq bir çox rəsmi sənəddən çıxarılıb.
Bundan sonra Naxçıvanda qaz təchizatına “Azəriqaz” İstehsalat Birliyi nəzarət edəcək.
Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin balansında olan əsas vəsaitlərin SOCAR-ın Qaz İxrac İdarəsinin balansına verilməsi barədə razılıq verilib.
Naxçıvan Qaz İstismar Xidməti 2019-cu ildə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov tərəfindən yaradılmışdı.
Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.

















