Avtomobil

Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil gətirilib

2025-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycana 1 milyard 793 milyon 88 min dollar dəyərində 94 min 583 ədəd nəqliyyat vasitəsi idxal olunub. 

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 10 ay ərzində 1 milyard 606 milyon 638 min dollar dəyərində 86 min 909 ədəd minik avtomobili idxal edilib. 

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycana 1 milyard 484 milyon 417 min dollar dəyərində 74 min 723 ədəd avtomobil idxal olunmuşdu.

Beləliklə, bu il Azərbaycana avtomobil idxalı dəyər ifadəsilə 308 milyon 671 min dollar və ya 20,8%, miqdar ifadəsilə 19 min 860 ədəd və ya 26,8% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)