Azərbaycanda ixrac-idxal üzrə saldo 3 dəfə azaldı
Bu ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 40 milyard 862 milyon 42 min dollar təşkil edib. Ixrac əməliyyatları üzrə 21 milyard 636 milyon 817 min dollar, idxal əməliyyatları üzrə 19 milyard 225 milyon 226 min dollar ticarət qeydə alınıb, saldo müsbət 2 milyard 411 milyon 591 min manat təşkil edib.
İdxalın 15.44 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri təşkil edir və bunun üçün ölkəmizdən xaricə 3 milyard dollar çıxıb. Nəqliyyat vasitələri və onların hissələri isə ümumi idxalda 13 faiz paya malikdir və 2 milyard 407 milyon dollar dəyərindədir. Yeyinti m'hsullarını idxalı dəyər ifadəsində 2 milyard dollar təşkil etmişdi və ümumi idxalda 11 faiz malik olub.
Xatırladaq ki, 2024-cü ilin 10 ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının cəmi həcmi 39 milyard 378 milyon 679 min ABŞ dolları təşkil etmişdi. O cümlədən, ixrac 22 milyard 742 milyon 284 min ABŞ dolları, idxal 16 milyard 636 milyon 395 min ABŞ dolları, saldo müsbət 6 milyard 105 milyon 889 min ABŞ dolları omuşdu.

















