TURİZM

Səfir: Çinli turistlərin sayında yeni rekord gözlənilir

Bu ilin sonuna qədər Azərbaycana səfər edən Çin turistlərinin sayında yeni rekord gözlənilir.

ENA.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən "China Visitors Summit" tədbirində bildirib.

2024-cü ildə Azərbaycana gələn Çin turistlərinin ümumi sayı 44 798 nəfər təşkil edib. Cari ilin yanvar–sentyabr ayları ərzində isə bu göstərici artıq 49 939 nəfərə çatıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artım deməkdir.

O vurğulayıb ki, artım tempi nəzərə alınarsa, ilin sonuna qədər Çin turistlərinin sayında yeni rekord gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)