Dünya bazarlarında neft ucuzlaşır (12.11.2025)
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,29% azalaraq 1 barelə görə 64,97 ABŞ dolları təşkil edib.
ENA.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,33% azalaraq 60,84 ABŞ dollarına bərabər olub.


















