Gələn ildən əsgərlərə xüsusi şərtlərlə mobil cihaz və nömrə veriləcək – “Əsgərcell” gəlir
Azercell və Müdafiə Nazirliyi əməkdaşlıq memorandumu imzalayıb.
ENA.az xəbər verir ki, yeni “Əsgərcell” təklifi sayəsində əsgərlərə xidmət dövründə yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyət qurmaq imkanı təqdim olunacaq.
2026-cı ildən qüvvəyə minəcək bu təşəbbüs əsgərlərin xüsusi şərtlərlə mobil cihaz və nömrə əldə etməsini mümkün edəcək.


















