Tutanxamonun qızıl maskası və on minlərlə nadir eksponatlar: Yeni dünya mədəniyyət mərkəzindən - FOTOLAR
Noyabrın 1-də Qahirə yaxınlığında Böyük Misir Muzeyinin möhtəşəm açılış mərasimi keçirilib.
Bu, ölkə üçün böyük bir mədəniyyət layihəsidir: Giza Piramidaları fonunda 20 ilə tikilmiş Mərkəz 500 min kvadratmetr (təxminən 70 futbol meydançasına bərabərdir!) ərazini əhatə edir, 100.000-ə qədər eksponata malikdir. Buraya 1,2 milyard dollardan çox sərmayə qoyulub.
Misir səlahiyyətlilərinə görə, ildə beş milyon insanın ziyarət edəcəyi yeni muzeyə FOTOlarla nəzər salaq.


















