Birja

Dünya bazarlarında neft yenidən ucuzlaşır (04.11.2025)

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,31% azalaraq 1 barelə görə 64,69 ABŞ dolları təşkil edib.

ENA.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,28% azalaraq 60,88 ABŞ dollarına bərabər olub.

Investorlar bunu OPEC+-ın gələn ilin birinci rübündə hasilat artımını dayandırmaq qərarını bazarda təklifin artıqlığının əlaməti kimi şərh ediblər.

Bazar günü Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri dekabr ayı üçün hasilatın kiçik artımına və gələn ilin birinci rübündə artımlara fasilə verilməsinə razılaşıblar.

OPEC+ aprel ayından etibarən gündəlik təqribən 2,9 milyon barel (qlobal tədarükün 2,7%-i) hasilatın artırılması hədəfi təyin etmişdi, lakin təklifin çox  olması ilə bağlı gözləntilərə görə oktyabr ayından etibarən artım tempini yavaşlatmışdı.

DBS Bank-ın enerji analitiki Suvro Sarkar deyib: “Bazar bunu OPEC+-nın ilk dəfə olaraq potensial təchizat çoxluğunu etiraf etməyə başladığının əlaməti kimi baxa bilər. İndiyədək OPEC+ tələbin proqnozu və bazarın əlavə barelləri udmaq qabiliyyəti ilə bağlı kifayət qədər optimist olub”.

Bu arada, bazar ertəsi Avropanın aparıcı enerji şirkətlərinin rəhbərləri artan tələbi və hasilatın azaldığını vurğulayaraq, gələn il neft bolluğu ilə bağlı proqnozları rədd etdilər.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)