Vahid Ələkbərov dünyanın ən zəngin insanlarının sırasında
“Forbes” jurnalı dünyanın ən zəngin insanlarının reytinqini hazırlayıb.
Siyahıya Rusiyanın ikinci ən iri neft şirkəti sayılan “Lukoil”in prezidenti, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovun da adı daxil edilib.
Biznesmen 20,7 milyard dollar varidatla dünyanın ən zəngin insanlarının siyahısında 47-ci yerdə qərarlaşıb. Ən zəngin rusiyalı biznesmenlərin arasında isə aktivlərinin ölçüsünə görə üçüncüdür.
Ələkbərov Bakıda neftçi ailəsində doğulub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1993-cü ildən “Lukoil” ASC-nin prezidentidir.
“Forbes” nəşrinə görə, “100 ən nüfuzlu məmur, biznesmen, top-menecer və güc strukturu əməkdaşının” siyahısında 10-cu yerdə qərarlaşıb.