“Unibank”da təyinat olub
“Unibank” KB ASC-nin Daxili audit bölməsinin rəhbəri təyin edilib.
Məlumata görə, bu vəzifəyə Nərgiz Əliyeva təyin edilib. Onun bu vəzifəsi “Unibank”da vakant idi.
Qeyd edək ki, N.Əliyeva buna qədər “AccessBank” ASC-də müvafiq vəzifədə çalışırdı və onun bankda müvəqqəti icraedici kimi Pərviz Verdiyev əvəz edib.















