ENA+

AzTV-nin yeni sədri Azər Qismətə yüksək vəzifə verdi

AzTV-nin yeni sədri Rövşən Məmmədli bir neçə kadr dəyişikliyi həyata keçirib.

"BI" xəbər verir ki, sədr bu dəfə "Ədəbi-dram verilişləri" baş redaksiyasının rəhbərini dəyişib. Tanınmış jurnalist və yazıçı Azər Qisməti sözügedən redaksiyaya baş redaktor təyin edilib. 

Eləcə də bax: Rövşən Məmmədov bu dəfə 5 nəfəri işdən çıxardı - Alışanovun köməkçisi də var

A. Qismətə qədər bu vəzifəni Sadıq Elcanlı icra edirdi. O, isə “Telefilm” yaradıcılıq birliyinə baş redaktor göndərilib.

Qeyd edək ki, Azər Qismət "İç xəbər" verilişinin aparıcısı kimi tanınıb və bir müddət ANS-də baş redaktor olub. 

Hekayə, novella və romanlar müəllifidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)