2025-2027-ci illərdə Azərbaycanda iqtisadi artım 2%-ə yaxın olacaq - PROQNOZ
"Azərbaycanda iqtisadi artımın 2025–2027-ci illər arasında orta hesabla 1.7% səviyyəsində qalacağı proqnozlaşdırılır".
Bu barədə Dünya Bankından bildirilib.
Qeyd edilib ki, bu, neft qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə bağlıdır. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağı gözlənilir. Risklərə uzunmüddətli aşağı artım və enerji qiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğuruna bağlı olacaq.
Vurğulanıb ki, ölkəyə investisiya səviyyələri ÜDM-in təxminən son illərdə 20%-dək hissəsini təşkil edir. Bu, əsasən, neft-qaz gəlirlərinin azalması fonunda dövlət investisiyalarının azalması ilə bağlıdır. Yerli özəl investisiyalar əsasən daxilə yönəlmiş sahələrdə — məsələn, tikinti — cəmlənib.
Özəl sektorun potensialından faydalanmaq üçün hesabat struktur islahatlarının vacibliyini vurğulayır. Bu islahatlar siyasət sabitliyinin artırılması, bərabər rəqabət mühitinin təkmilləşdirilməsini, maliyyə resurslarına çıxışın genişləndirilməsi və məhkəmə sisteminin gücləndirilməsini əhatə edə bilər.


















