Sığorta

Türk dövlətlərinin sığortaçıları Bakıya toplaşacaqlar

Bu il, 28-29 oktyabr tarixlərində Bakıda, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Türkiyənin Ticarət Nazirliyinin təşkilatçılığı, o cümlədən, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə "Hizmet İhracatçılar Birliği"nin birgə əməkdaşlığı ilə "Türk Dövlətləri Insurtech Zirvəsi" keçiriləcək.
Zirvədə Azərbaycanın və digər türk respublikalarının dövlət rəsmiləri, səfirlər, xarici ölkələrin maliyyə requlyatorları və sığorta birliklərinin rəhbərləri iştirak edəcəklər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)