Putin Əliyevə zəng edib
Oktyabrın 24-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
ENA.az xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
Oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurası çərçivəsində keçirilmiş görüşdən sonra Azərbaycan və Rusiya prezidentləri ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, enerji, nəqliyyat və logistika sektorlarında birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı sadiq olduqlarını bir daha təsdiq etdilər.
Telefon danışığı zamanı regional əməkdaşlığın bir sıra aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

















