Bakıda yataqxanada yanğın - 2 ölü, 6 yaralı - FOTO
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verib.
"BI" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, hazırda digər təxirəsalınmaz tədbirlər görülür.
***
FHN-dən verilən məlumata görə, yanğın söndürülüb.
İlkin məlumata görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Xəsarət alanların sayı dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.
***
“BI”nin məlumatına görə, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində, məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasının 3-cü mərtəbəsində qeydə alınıb
Yanğın zamanı 8 nəfər tüstüdən boğulub ya açıq alovdan yanıq xəsarəti alıb. Onlardan 2-si - Surxay Əliyev və Elza Əliyeva ölüb. Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.