HI-TECH

Ceff Bezos yaxın gələcəkdə dünyanı dəyişəcək texnologiyanı açıqlayıb

"Amazon" şirkətinin qurucusu Ceff Bezos bildirib ki, gələcəyə ilhamla baxmaq üçün bundan yaxşı bir dövr olmayıb. O, süni intellektin (Al) hər bir biznesin keyfiyyətini və məhsuldarlığını artıracağına inanır.

Məlumata görə, Bezosun sözlərinə görə, süni intellekt artıq yaxın gələcəkdə qlobal iqtisadiyyatda inqilabi dəyişikliklər yaradacaq:

"Mən anlamıram, hazırda yaşayan bir insan necə bədbin ola bilər. Al hər bir biznesin keyfiyyətini və məhsuldarlığını artıracaq. Hər bir istehsal şirkəti, hər bir otel, hər bir istehlak məhsulu şirkəti... Bunu təsəvvür etmək çətindir, amma bu gerçəkdir", deyə o, "Italian Tech Week" tədbirində panel müzakirəsi zamanı vurğulayıb.

Milyarder bildirib ki, hələlik dünyanın demək olar bütün şirkətlərinin süni intellektdən məhsuldarlığı artırmaq məqsədilə nə vaxt kütləvi şəkildə istifadə etməyə başlayacağını proqnozlaşdırmaq çətindir.

Bezos əlavə edib: "Heç vaxt gələcəyə bu qədər ilhamla baxmaq üçün daha münasib zaman olmayıb".

CNBC-nin məlumatına görə, "Pew Research Center" təşkilatının sorğusu göstərib ki, əhalinin əhvalı Bezos qədər optimist deyil. Sorğu nəticələrinə əsasən, böyüklərin 34 faizi süni intellektin gündəlik həyata təsirinin artmasından narahatdır, yalnız 16 faizi isə bu prosesə ümidlə yanaşır.

Nəşr həmçinin xatırladıb ki, daha əvvəl Bezos yaxın 20 il ərzində insanların kosmosda nəhəng məlumat emalı mərkəzləri tikməyə başlayacağını, bu obyektlərin süni intellektin öyrədilməsi üçün klasterlərə çevriləcəyini bildirmişdi. (Valyuta.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)