Dünyanın ən gənc milyarderi məlum oldu
Şəxsi kosmetika brendinin təsisçisi Kayli Cenner dünyanın ən gənc milyarderi olub.
Bu barədə Forbes yazır.
“Mən bunu gözləmirdim. Lakin, bu gözəl hissdir, gözəl nəticədir”, - 21 yaşlı K.Cenner deyib.
O həmçinin etiraf edib ki, öz sərvətinə görə sosial şəbəkələrə borcludur: biznesə başlamazdan əvvəl Kaylinin çoxlu izləyicisi var idi.
Kayli Cenner şəxsi kosmetika brendi “Kylie Cosmetics”i 2016-cı ildə təsis edib və indiyə qədər bir milyard dollar qazanıb.
Bununla da, o, ilk milyardını 23 yaşında qazanan “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqi qabaqlayıb.