Azərbaycan neftinin qiyməti 62 dolları keçib (22.10.2025)
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti bahalaşıb.
ENA.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0.57 dollar və ya 0.92% artaraq 62.17 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

















