Bank

PAŞA Bank: "Əvvəlki gəlirlər ola bilsin ki, olmayacaq"

Azərbaycanın bank sektorunun, həmçinin PAŞA Bankın gəliri azalıb. Bunun səbəbləri nədir? 

ENA.az saytının bununla bağlı sualını cavablandıran Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, PAŞA Bankın faiz xərcləri ötənilki illə müqayisədə 80 faiz artıb.

Həmçinin bank gəlir marjasını 6,6 faizdən 4,7 faizə salıb. 

Bankın İdarə Heyətinin üzvü Bəhruz Nağıyev mövzu ilə bağlı qeyd edib ki, bank xərclərini kredit portfelinə ötürməyib, çünki bu ümumilikdə kredit faizlərini artıra bilərdi. İqtisadi dayanıqlığın vacibliyi nəzərə alınaraq, bank öz gəlir marjasından "imtina edib". 

"Əvvəlki gəlirlər ola bilsin ki, olmayacaq, ancaq PAŞA Bank ən böyük korporativ babk kimi iqtisadiyyatın inkişafına önəm verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)