Sosial iqtisadiyyat

Buğda qiymətləri beş ilin minimumuna enib

Buğda fyuçerslərinin qiyməti bir buşel üçün 5 dollardan aşağı düşərək son beş ilin minimum səviyyəsinə enib.

ENA.az xəbər verir ki, qiymət azalması ABŞ və Çin arasında ticarət mübahisəsinin həllinə dair ümidlərin azalması, həmçinin qlobal buğda ehtiyatlarının artması ilə əlaqələndirilir.

Qeyd edək ki, “Sovecon” konsaltinq şirkətinin Rusiya üzrə məhsul proqnozunu artırması da qiymət azalmasına təsir edib.

ABŞ Prezidenti Donald Trampın Çinlə tarifləri artırmaq və Çin lideri Si Cinpinlə planlaşdırılan görüşü ləğv etmək təhdidi isə ixracla bağlı qeyri-müəyyənliyi artırıb. Dolların zəifləməsi avronu gücləndirərək Avropa buğdasının rəqabət qabiliyyətinə qarışıq təsir göstərib.

Analitiklər Fransa, Rumıniya və Ukrayna buğdasının Şimali Afrika bazarlarına tədarük üçün əlverişli vəziyyətdə olduğunu, Argentina buğdasının isə daşınma xərclərinə görə rəqabətdə geri qaldığını bildiriblər.

Ümumilikdə buğda bazarına geosiyasi gərginliklər, yüksək qlobal təchizat və valyuta dəyişkənliyi təsir edir. (Teleqraf)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)