Biznes kreditlərinin 53 faizi iri sahibkarlara verilib
Azərbaycanda bankların verdiyi biznes kreditlərin həcmi 15 milyard 91 milyon manatdır. Bu məbləğin 8 milyard 35 milyon manatı iri sahibkarlığa verilmiş kreditlərdir. ENA.az xəbər verir ki, ötən 8 ayda iri sahibkarlığın borclanması 262 milyon manat azalıb. Ümumilikdə isə biznes kreditlərinin 53,2%-i iri sahibkarların paylna düşür.
Bu ilin yanvar-avqust aylarında orta sahibkarlığa 2,137.1 milyon manat, kiçik sahibkarlığa 1,573.5 milyon manat, mikro sahibkarlığa 3,346.5 milyon manat kredit verilib.
2024-cü ilin sonuna orta sahibkarlığa 1,834.0 milyon manat, kiçik sahibkarlığa 1,548.6 milyon manat, mikro sahibkarlığa 3,107.3 milyon manat biznes krediti verilmişdi.


















