Qeyri-Bank

Azərbaycanda 20 bank olmayan kredit təşkilatı ləğv edilib

Keçən il Azərbaycanda ümumilikdə 20 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

"Businessinsider.az"ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, hesabat dövründə Birkartt BOKT MMC-yə məhdud bank fəaliyyətinin göstərilməsi üçün lisenziya verilib.

Nəticədə sektorda fəaliyyət göstərən BOKT-ların sayı 104 olub ki, bundan da 57-si kredit ittifaqıdır.

 

(c) ONA

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)