BİZNES

İcra Hakimiyyəti bir fiziki şəxslə 9 növdə müqavilə imzalayıb – 169 min manat

Xaçmaz Rayonu İcra Hakimiyyəti predmeti 7 növdə olan müqaviləni bir fiziki şəxslə imzalayıb.

Bu barədə əldə edilən məlumatda deyilir

Məlumata görə, fiziki şəxs olan Əliyev Aqşin Akif oğlu İcra Hakimiyyətinə, İdarənin xərcləri üzrə – 11 470 AZN, digər maşın və avadanlıqlar üzrə – 39 890 AZN, inventarlar  üzrə – 39 730 AZN, avadanlıqlar üzrə – 14 450 AZN, digər alışlar və xidmətlər üzrə – 16 460 AZN, yumşaq inventarlar üzrə – 27 154 maşın ehtiyat hissələri  üzrə – 8 590 AZN, kommunal xətlərin cari təmiri işləri üçün mallar üzrə 5 290 AZN, dəftərxana və təsərrüfat malları üzrə – 5 990 AZN müqabilində xidmət göstərəcək.

Bu fiziki şəxslə ötən ayın 20-si anlaşan Xaçmaz Rayonu İcra Hakimiyyəti ümilikdə 169 024 manat ödəməli olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)