Bank

​​​​​​​Əsas ticarət tərəfdaşlarının pulunun manata qarşı dinamikası: 8 aylıq trend nəyi göstərir? - CƏDVƏL

Azərbaycanın xarici ticarət əlaqələrində mühüm yer tutan ölkələrin valyuta dinamikası manatın alıcılıq qabiliyyətinə, idxal və ixraca, qiymət səviyyəsinə və maliyyə dayanıqlığına birbaşa təsir edən strateji göstəricidir. Təqdim olunan 8 aylıq statistik göstəricilər bu valyutaların manata qarşı necə dəyişdiyini izləməyə imkan verir.

Təqdim etdiyimiz məlumatlarda ABŞ dolları, avro, funt sterlinq, Türkiyə lirəsi, Rusiya rublu və Gürcüstan larisi üzrə faiz dəyişikliyi əks olunub.

Tarix

ABŞ dolları

Avro

İngiltərə funt sterlinqi

Türkiyə lirəsi

Rusiya rublu

Ukrayna qrivnası

Gürcüstan larisi

 

01

0.0

-1.0

-2.1

-1.4

1.2

-0.8

-1.1

02

0.0

-0.5

-0.9

-3.3

11.4

0.2

-0.4

03

0.0

3.3

2.1

-4.5

21.4

0.6

0.8

04

0.0

7.3

4.1

-8.3

24.0

0.8

2.0

05

0.0

7.8

5.8

-9.9

28.5

0.6

2.4

06

0.0

9.8

7.1

-11.4

31.2

0.3

2.9

07

0.0

11.7

7.0

-13.1

31.2

-0.1

3.5

08

0.0

11.0

6.3

-14.4

29.0

0.8

4.0

                           

Dollar – sabitlik siyasətinin əksi

Artıq bir neçə ildir ki, ABŞ dollarının manata məzənnəsi 0.0 olaraq qalıb. Bu, Mərkəzi Bankın manat-dollar məzənnəsini inzibati şəkildə sabit saxlaması ilə bağlıdır. Bu, dolların sabit qalması ilə daxili qiymət sabitliyini qoruyur, idxal olunan əsas məhsullarda qiymət dəyişkənliyini məhdudlaşdırır, manatın nominal mövqeyini süni şəkildə stabil saxlayır. Bu sabitlik digər valyutalarla müqayisədə dolları baza göstəriciyə çevirir.

Avro – bu ilin ilk iki ayında cüzi ucuzlaşsa da (−1.0% və −0.5%), 3-cü aydan başlayaraq sürətli və ardıcıl bahalaşma müşahidə olunur. Son nəticədə artım 11%-ə çatıb. Bu dinamika göstərir ki, avrozonada pul siyasəti və iqtisadi siqnallar güclənmə ilə müşahidə olunur, manata qarşı avronun faktiki bazar dəyəri artır, avro ilə olan idxal (maşınqayırma, texnologiya, dərman məhsulları və s.) bahalaşa bilər.

İngiltərə funtu da avroya yaxın səviyyə nümayiş etdirir. İlk iki ayda azalma olsa da, 3-cü aydan artım başlayır və 7%-ə qədər yüksəliş qeydə alınır. Bu, iki ehtimalı aktuallaşdırır, bunlardan biri Britaniya iqtisadiyyatında güclənmə meylləri, digəri manatın aparıcı Qərb valyutalarına qarşı zəifləməsidir. Sterlinq əsasən maliyyə və xidmət idxalını bahalaşdıra bilər.

Türkiyə lirəsi isə davamlı ucuzlaşma göstərir. -1.4% → -14.4% aralığında davamlı geriləmə müşahidə olunur. Bu proses Türkiyədən gətirilən tekstil, ərzaq, istehlak mallarının nisbətən ucuzlaşmasını mümkün edir. Nəticədə həm də Türkiyəyə səyahət və turizm xərclərini azalda bilər.

Bu il ən aqressiv bahalaşma göstərən Rusiya rublu manata qarşı ən yüksək dəyişən valyutadır. Statistik ardıcıllıq göstərir ki, 1-ci ayda 1.2%, 4-cü ayda 24.0%, 6-7-ci aylarda pik nöqtə +31.2%, 8-ci ayda +29.0% bahalaşıb.

Bu, rubl üzrə ciddi revalvasiya meyli deməkdir. Bu tendensiyanın mümkün təsirləri Rusiya məhsullarının (ərzaq, metal, yanacaq, taxıl və s.) qiymət artımı, enerji və logistika əməkdaşlığında xərclərin bahalaşması deməkdir.

Gürcü larisi bu ilin əvvəlindən ardıcıl möhkəmlənməyə keçib.

Gürcüstan larisi ilk ayda 1.1% ucuzlaşsa da, sonrakı dövrdə davamlı artım göstərib və +4.0%-ə qədər yüksəlib. Bu dinamika turizm və sərhəd ticarətində manatın mövqeyini zəiflədir, Gürcüstandan idxal olunan məhsulların qiymətinə təsir göstərə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)