Daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.
“BI” xəbər verir ki, bunlar İmişli rayonundakı "Aqrointer" və "Aqroinvest" kredit ittifaqlarıdır.
Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 54-dən 52-yə düşüb.