Aqrar

AKİA-ya yeni sədr müavini təyin edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) idarə heyəti sədrinə yeni müavini təyin olunub.

Nazir Məcnun Məmmədovun müvafiq əmri ilə Emin Məmmədov bu vəzifəyə gətirilib. O 2023-cü ilin oktyabrından bu günə qədər AKİA-da Maliyyə və mühasibatlıq departamentinin direktoru kimi çalışırdı.

E.Məmmədov bundan öncə “Modern Şirkətlər Qrupu”, “Performance Center” (Chevriolet Azərbaycan) və “Grand-Agro” MMC-də çalışıb. Sədr Yalçın Camalov, digər üzvlər isə Mehman İsmayılov və Leyla Cabbarlıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)