"Yalama Aqropark" işçi axtarır - VAKANSİYA
“Yalama Aqropark” MMC - 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sisteminin tətbiq olunduğu 460 hektar sahədə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu olmaqla Azərbaycanda yaradılmış ilk Aqro Kompleksdir (agroparkyalama.az).
Hazırda “Yalama Aqropark” MMC Maliyyə Meneceri (Baş Mühasib) vəzifəsinə işçi axtarışını elan edir.
İş yeri: Xaçmaz rayonu, Yalama qəsəbəsi
İş qrafiki: 5 günlük (09:00-18:00)
Yaşayış və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir.
Vəzifə təlimatı:
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkil etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələri tərtib etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Balans və müəssisənin fəaliyyəti haqqında digər ümumi hesabatların tərtib edilməsi, onların təyin edilmiş qaydada müvafiq orqanlara təqdim edilməsini təşkil və nəzarət etmək;
• Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət etmək;
• Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
• Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik edir, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
• Müəssisənin auditorlar və yoxlama orqanları tərəfindən yoxlanmasının həyata keçirilməsinin təşkil etmək;
• Birbaşa rəhbərin tələblərinə uyğun olaraq vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirmək;
• Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək:
Bilik və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili bilməsi üstünlükdür;
• MS Office -Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
• 1C proqramı 8.2 və ya 8.3 proqramında işləməyi bacarmalı;
• ACCA sertifikatlarının olması üstünlükdür;
• Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;
Tələblərə uyğun, həmçinin komandamıza qoşulmaqda maraqlı olan namizədlər cv-lərini hr@agropakyalama.az e-mail ünvanına mövzu yerində “Maliyyə Meneceri” (Baş mühasib) yazmaqla göndərə bilərlər.