Amerika penny və ya 1 sentlərin buraxılışını niyə dayandırır?
ABŞ 2026-ci ildən artıq penny və ya 1 sentlərin buraxılışını dayandıracaq. Əsas səbəb müvafiq sikkələrin maya dəyəri ilə bağlıdır. Belə ki, 1 sentin buraxılışı və çatdırılması 3,69 sentə başa gəlir. Nəticədə mənfəət yerinə ABŞ Xəzinədarlığı sonuncu dəfə 3 milyard sentin istehsalı və çatdırılmasında 85,3 milyon dollarlıq zərər edib. Yaxşı, bəs bu istehlakçılara təsir edəcəkmi?
Federal Ehtiyat Sisteminin bölmələrin birində bununla bağlı bir qısa hesablama aparıblar. Məlum olub ki, əgər qiymətlər dəyişməz qalsa və 1 sent söhbəti yalnız nağd ödənişlərə təsir edəcəksə, bu zaman istehlakçılar tərəfindən ödəniləcək "yuvarlaqlaşma vergi"sinin həcmi 6 milyon dollar təşkil edəcək, yəni 4.99 yerinə 5.00 dollar ödəyəcək. Nağdsızda əməliyyatlarda isə istehlakçı heç bir ziyana düşmür.
FES-in sorğusunda 4671 nəfər iştirak edib. Onlar bir ay ərzində 24 min 728 ödəniş ediblər. Bu ödənişlərin yalnız 3559-u (14,4%-i) nağd olaraq həyata keçirilib. Nağd ödənişlər arasında cəmi 1/3-ndə sentlər iştirak edib. Müvafiq ödənişlərin 65%-də sonunda 1,2,3,4,6,7,8,9 sent olub. Beləliklə təxmin edilib ki, bütöv əhali üçün müvafiq əlavə xərc 6 milyon dollar təşkil edəcək.
https://www.richmondfed.org/publications/research/economic_brief/2025/eb_25-27
Əlavə olaraq 5-sentlik də yığışdırılsa, o zaman əhalinin xərcləri illik 56 milyon dollar artacaq.
Müvafiq əsaslandırmadan görmək olar ki, əslinə qalsa 1 sentin ciddi bir təsiri olmayacaq. Ona görə yığışdırılmasına dair qərar vermək olar.
Yerigəlmişkən, Azərbaycanda rəsmi açıqlamalara görə hələki 1 qəpiklər maya dəyərindən baha başa gəlir.


















