Muzdla çalışan işçilərin nominal əməkhaqqı 1098 manata çatıb
2025-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 768 min nəfər olub. Onlardan 858,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti sektorunda fəaliyyət göstərib.
2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

















