Prezident səfiri geri çağırdı

Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
ENA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, H. Hüseynov 2021-ci ildən ölkəmizin Bolqarıstanda səfiri vəzifəsini tuturdu.