Qarabağ

Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb

Azərbaycan və Ermənistan arasında sülhün qurulması barədə bəyanatlar tərəflər arasında fikir ayrılıqlarının olmaması demək deyil.

Erməni mətbuatı yazır ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

"Sülhün bərqərar olduğunu deməyimiz o demək deyil ki, tərəflərin bir-birinə sualları qalmayıb. Heç vaxt münaqişə yaşamadığımız və dostluq əlaqələri qurduğumuz dövlətlərlə münasibətlərimizdə bir-birimizə suallarımız yaranır", - o vurğulayıb.

Baş nazir əlavə edib ki, dövlətlərarası münasibətlərin qurulması və inkişafı prosesi "dinamikdir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)