“5G” ilə ilk videozəng edildi
Çinin “ZTE” telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) ilk uğurlu videozəng edib.
“BI” “ICTnews”a istinadən xəbər verir ki, sınaq İtaliyanın “Wind Tre” rabitə operatoru və “Open Fiber” telekommunikasiya şirkəti ilə birgə həyata keçirilib.
Eksperimental videobağlantı iki “ZTE 5G” smartfonundan istifadə edilməklə həyata keçirilib. Onlardan biri İspaniyanın Barselona, digəri isə İtaliyanın Lakuil şəhərində olub. Videokontentin birbaşa translyasiyası “ZTE” şirkətinin “MWC 2019” sərgisində quraşdırılan stendində yayımlanıb.