Paşinyan istefa verdi
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib.
Bi.az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasında elan edib.
Paşinyan bu addımı tezliklə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün atıb. O bildirib ki, seçkilərədək ölkənin baş naziri vəzifəsini icra edəcək:
“İnqilab mərhələsini yekunlaşdırıb yeni mərhələyə keçdiyimiz üçün həyəcan anıdır. 5 aylıq fəaliyyətimi yekunlaşdıraraq hər kəsə təşəkkürümü bildirir və kiminsə ümidini doğrultmadımsa, üzr istəyirəm”.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 10-da keçiriləcək