"BOKT Embafinans" işçi axtarır - VAKANSİYA
BOKT Embafinans MMC aşağıda qeyd olunan göstəricilər üzrə Mühasibat şöbəsinin aparıcı mühasibi vəzifəsi üzrə vakansiyasını elan edir:
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
Maliyyə, mühasibat uçotu ilə bağlı ali təhsil
Mühasibat uçotu sahəsində minimum 3 il iş təcrübəsi
1 C proqramında və Office proqramlarında təkmil iş bacarıqları
Bank (BOKT) qanunvericiliyi, eyni zamanda Vergi, Əmək qanunvericiliyi barədə məlumatlı olmaq
Analitik qabiliyyətin olması
Əsas vəzifə və öhdəliklər:
Əməliyyatlarla bağlı müxabirləşmələrin verilməsi və sənədləşmənin təşkili.
Gəlir və xərclərin uçotu və sənədləşdirilməsi
Debitor və kreditorların uçotu və sənədləşdirilməsi
Bank hesablarının hərəkətinin uçotda əks etdirilməsi və sənədləşmənin təmini
Əsas vəsaitlərin və amortizasiyanın uçotu və sənədləşdirilməsi
Əmək haqqı və işçilərlə hesablaşmaların aparılması və sənədləşdirilməsi
Ödəniş tapşırıqlarının hazırlanması
Dövlət orqanlarına illik, rüblük, aylıq hesabatların (Vergi, Statistika və s.) hazırlanması və ödənişlərin vaxtında aparılması.
Maliyyə və İdarəetmə Hesabatlarının hazırlanması
Müracət və seçim qaydaları:
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.
Maraqlananlar müraciət formalarını CV (resume) hr@embafinans.az ünvanına göndərə bilərlər.
İş qrafiki: 5 gün / I-V günlər