Rusiya ordusu Çasov Yar şəhərini ələ keçirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərini ələ keçirib.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna tərəfi hələ ki, Çasov Yar şəhərinin ələ keçirilməsinə münasibət bildirməyib.
Qeyd edək ki, Çasov Yar şəhəri və ona yaxın yaşayış məntəqələri yerləşdikləri yerlərə görə mühüm rol oynayır.
Məhz bunun üçün də şəhər uğrunda uzun müddətdir ki, amansız döyüşlər gedir.