Manatla krediti olanlara da güzəşt ediləcək
Milli Məclisin deputatı Tahir Mirkişili prezidentin problemli kreditlərin həlli ilə bağlı verdiyi fərmanda məsələnin manatla aid olan kreditlərə də şamil edilməsini şərh edib.
Eləcə də bax: Dollar kreditinə ediləcək güzəşti necə hesablamalı? - QRAFİKA
T. Mirkişili açıqlamasında qeyd edib ki, sözügedən fərmanda dollar və manatla olan kreditlər məsələsi nəzərdə tutulub: “Belə ki, kim dollarla kredit götürmüşdüsə, ona devalvasiyanın fərqi ödənəcək. Manatla götürülən kreditlərin qaytarılması üçün yeni şərtlər veriləcək. Məsələn, bir adam manatla kredit götürüb hazırda banka 15 min manat borcu var və 1 ildən çoxdur ki ödəyə bilmir. Onun bütün faiz və cərimə borclarının hamısı silinəcək.
Eləcə də bax: Prezidentin köməkçisi: Vətəndaşlara kompensasiya üçün kart hesabı açılacaq
Təkcə 15 min manatın özü qalacaq Qalan məbləği ödəmək üçün bank həmin şəxsə 5 il müddətə vaxt verəcək və ildə borca 1 faiz tətbiq edəcək”.