Kahramanmaraşda “Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq

“Türkiyənin Kahramanmaraş şəhərində iyunun 19-da “Azərbaycan” məhəlləsinin açılışı olacaq”.
Bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım məlumat verib.
Millət vəkili xatırladıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə dərhal qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər olunub:
“Eyni zamanda, dağıntıya məruz qalan ərazidə “Azərbaycan” məhəlləsinin inşasını da dövlətimiz öz üzərinə götürüb. Ona görə də “Azərbaycan” məhəlləsi iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib”.
Ş.Ayrım yüksəksəviyyəli açılış mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirak edəcəklərinin gözlənildiyini də vurğulayıb.