BİZNES

"Xarici dövriyyəmizin 80 faizi Azərbaycanın avrobondları və ABŞ istiqrazlarıdır"

“Paşa Kapital” investisiya şirkəti ilk dəfə xarici dövriyyəsini açıqlayıb.
“PAŞA Kapital” investisiya şirkətinin direktoru Ceyhun Hacıyevin sözlərinə görə. investisiya şirkətinin ötən il üzrə xarici dövriyyəsi 3 mlrd. manat təşkil edib. Bu, dollarla ifadədə 1 milyard 700 milyondan yuxarı əməliyyat deməkdir. Xarici dövriyyənin 80%-i Azərbaycanın buraxdığı avrobondlar və ABŞ Xəzinədarlıq istiqrazlarıdır. Digər hissəsi isə səhmlər və törəmə maliyyə alətləridir.
O həmçinin əlavə edib ki, bu ilin ilk rübündə “PAŞA Kapital”ın xarici dövriyyəsi 1,4 mlrd. manat təşkil edib. 
Qeyd edək ki, avrobondların tədavül müddəti  2029-cu ildə bitir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)