BİZNES

"PAŞA Kapital"ın 15 milyon manat mənfəəti bölüşdürülməyib

Azərbaycanda kapital bazarlarında 647 milyard manat həcmində qiymətli kağızlar yerləşdirilib. ENA.az xəbər verir ki, PAŞA Kapital-ın direktoru Ceyhun Hacıyevin sözlərinə görə, 2024-cü ildə yerli bazarda təmsil etdiyi qurumun payı 27 milyard manata çatıb. Dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə bazar payının 54 faizi PAŞA Kapitala məxsusdur. Anderraytinq kimi 2024-də 558 milyon manat, bu ilin birinci rübündə isə 392 milyon manata yaxın vəsait toplanaraq yerləşdirmə edilib. Bu il SOCAR yaşıl istiqrazlarını bazara PAŞA Kapital vasitəsilə buraxıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)