Qızıl və gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.91% azalaraq 3324.40 ABŞ dollarına bərabər olub.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.41% azalaraq 36.645 ABŞ dolları təşkil edib.