Sosial iqtisadiyyat

Dövlət xidməti "Bravo"ya protokol yazdı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2025-cü ilin yanvar - aprel ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.

İnzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də ölkədə fəaliyyət göstərən supermarketlər şəbəkəsi "Bravo"nun sahibi “Azərbaycan Supermarket” MMC-dir.

Şəbəkədə qida məhsulu üzərində göstərilən qiymətdən baha satılıb.

Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsi pozulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)