Bank

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiqini təklif edir

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiq olunmasını təklif edir.

Dünya Bankı Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində “Karbon Qiymətqoyması və Beynəlxalq Karbon Bazarları” mövzusunda keçirilən seminarda Dünya Bankının Azərbaycandakı heyət rəhbəri Yasemin Oruc bildirib.

O, ölkədə karbon qiymətqoyma siyasətinə keçidlə bağlı tövsiyələrini açıqlayıb. Onun sözlərinə görə, əgər Azərbaycan hökuməti karbon qiymətqoyma alətlərini tətbiq etmək qərarına gəlsə, bu proses karbon tərkibli yanacaq növlərinə görə tətbiq edilən karbon vergisi ilə başlanmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)