Elm və Texnologiya

“Microsoft”un ideya sahibi vəfat etdi

“Microsoft”un qurucularından sayılan Paul Allenin ölüm səbəbi məlum oldu. 
 

Bİ.az xəbər verir ki, Bill Geytsi universitetdən ayrılaraq proqramlaşdırma ilə məşğul olmasına inandıran amerikalı milyarder Paul Allen 66 yaşında vəfat edib. 
 

Allen ailəsi ölüm səbəbinin bir neçə ay çəkdiyi xərçəngin ağırlaşması olduğunu bildirir. Allen və Geyts məktəb vaxtından dostdurlar. Lakin uğur qazandıqdan sonra onlar mübahisə etdiyindən Allen İT sənayesinin nəhənglərindən birinin idarə heyətində yerini qorumaqla korporasiyanı tərk etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department