Türkiyənin gübrə istehsalçısı Azərbaycan bazarına çıxır
![](https://ena.az/uploads/news/2019-02/_businessinsider_739a41ee1e9a1be475e8c0cb0_o.jpg)
Azərbaycan Vergilər Nazirliyi "AZ Agromila" MMC-ni qeydiyyata alıb. Bu barədə “Vergilər” qəzetinin saytında məlumat verilir.
“2019-cu il 11 yanvar tarixində Vergilər Nazirliyi 400 min manat məbləğində nizamnamə kapitalı ilə "AZ Agromila" MMC-ni qeydiyyata alıb. Şirkətin rəsmi nümayəndəsi Türkiyə vətəndaşı Ramazan Qaraşahindir”, - saytda qeyd olunur.
"AZ Agromila" MMC Türkiyənin orqanik gübrə istehsalçısı “Agromila” şirkətinin törəmə müəssisəsidir.