İcra başçısına xanım müavin təyin edilib

Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzovun sərəncamı ilə Ruhiyyə Mahmud qızı Hacıyeva Rayon İcra Hakimiyyəti başçısının müavini və paralel olaraq İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
ENA.az bunu Siyəzən RİH-in açıqlamasına istinadən xəbər verir.
O, bundan əvvəl Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru vəzifəsində çalışıb.
Bununla da, Novruz Novruzovun müavinlərinin sayı 2-yə yüksəlib.